Jurnalistlər üçün infotur təşkil olunacaq

Gecə reysi ilə hərəkət edən sərnişin avtobuslarının birində media nümayəndələri üçün infotur təşkil ediləcək.

"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. O, bildirib ki, infoturun yaxın günlərdə Gəncə şəhərinə baş tutması gözlənilir. Tur zamanı kütləvi informasiya vasitələrinin nümayəndələri gecə reysi zamanı sərnişinlərə avtobuslarda göstərilən xidmətlər, onlar üçün yaradılan şəraitlə yaxından tanış olacaqlar.

Qeyd edək ki, 10 illik fasilədən sonra oktyabrın 1-dən etibarən gecə reysləri ilə sərnişin avtobuslarının hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə hər il 200 min nəfərə xərçəng diaqnozu qoyulur

SONRAKI XƏBƏR

Azərbaycanda ən populyar avtomobillər hansılardır?