Ölkəmiz üçün “Afrika taunu” təhlükəsi varmı? - Nəqliyyat vasitələri sərhəddə dezinfeksiya olunur

Ölkəmiz üçün “Afrika taunu” təhlükəsi varmı? - Nəqliyyat vasitələri sərhəddə dezinfeksiya olunur

Afrika, Avropa və Asiyada donuzlar arasında yayılmış Afrika taunu xəstəliyi getdikcə əhatə dairəsini genişləndirir.

Atv.az xəbər verir ki, artıq xəstəlik Rusiyada, Ukraynada, Bolqarıstanda da yayılıb. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bahadur Rzayev bildirib ki, hazırda ölkəmizdə epizotik vəziyyət sabitdir.

Bahadur Rzayev-AXA-nın sədr müavini: “Donuzların qapalı şəraitə keçirilməsi və donuzların saxlanılan əraziləri kimyəvi vasitələrlə dezinfeksiya aparılması üçün tərəfimizdən müvafiq tapşırıqlar verilmişdi. Qonşu ölkələrdə baş verən və qonşu ölkədən bizə keçə biləcək hər hansı bir nəqliyyat vasitələrinin dezinfeksiya işləri aparılır.Bildiyiniz kimi yükdaşıyan vaqonlarda eyni zamanda sərhəd keçid məntəqələrində müvafiq qurumların iştirakı ilə dezinfeksiya işləri həyata keçirilir”.

ATV.az

Mənbə: www.atv.az