Təbrizdə Ümumdünya Üşaqlar Günü qeyd edilib

Ümumdünya Uşaqlar Günündə Təbrizin Ərk qalası önündə toplaşan uşaqlar Azərbaycanın sərvətlərinin qorunmasına çağırıb.

Uşaqlar əllərində rəngli pankartlar daşıyaraq suların bulandırılmaması, ağacların kəsilməməsi, mədənlərin ifrat istismarına son qoyulması və tarixi abidələrin qorunmasını tələb edib.

Onlar həmçinin dünya xəritəsi üzərinə "Uşaqlar Günü mübarək olsun, üzləri həmişə gülüşlü olsun" yazıb.

BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilmiş Uşaq hüquqları Konvensiyasının uşaqların fikirlərini sərbəst ifadə etmək hüququnun təmin olunmasına dair 13-cü maddəsi qəbul edilmişdir. Müqavilə noyabrın 6-da BMT Baş Assambleyası tərəfindən təsdiqlənib və bütün ölkələr tərəfindən (ABŞ və Somali istisna olmaqla) imzalanıb.

İran parlamenti müqaviləni 1994-cü il martın 1-də imzalasa da, bu günə qədər sənədin müddəalarının həyata keçirilməsi üçün heç bir əməli addım atmayıb.

"Uşağın öz fikrini sərbəst ifadə etmək hüququ vardır, bu hüquqa sərhədlərdən asılı olmayaraq, hər cür informasiyanı və ideyaları şifahi, yazılı və ya çap formasında, incəsənət əsərləri formasında və ya istədiyi digər vasitələrin köməyi ilə axtarmaq, almaq və ötürmək azadlığı daxildir."

Məsələn, Uşaq Hüquqları haqqında Paktın 30-cu maddəsinə əsasən "Etnik, dini və ya dil azlıqlarının, və ya yerli əhali sırasından olan şəxslərin yaşadıqları dövlətlərdə belə azlıqlara və ya yerli əhaliyə mənsub olan uşaq öz qrupunun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən bəhrələnmək, öz dininə etiqad etmək və onun ayinlərini yerinə yetirmək, habelə ana dilindən istifadə etmək hüququndan məhrum edilə bilməz."

İranda fərqli etnik və dini azlıqlara aid uşaqlar ölkənin hər bölgəsində eyni təhsil sisteminə daxil olurlar.
 

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Kredit portfellərinin restrukturizasiya həcmi nə qədərdir? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Təbriz universiteti tələbələri ədalətsizliyə etiraz edib