Xaricdən daxilə qəbul edilən dərman - VİDEO

Xaricdən daxilə qəbul edilən dərman - VİDEO

Rəsmi məlumatlara görə, Azərbaycanda 4400 adda rəsmi qeydiyyatdan keçən dərman preparatı var. Keçməyənlərin sayı isə təəssüf heç faizlə də ifadə olunmur. Dərman təhlükəsizliyi ölkənin vacib məsələlərindən biridir. İddialara əsasən ölkəyə dərman idxal edən bəzi şirkətlər tərəfindən dərman dozalarına müdaxilə edilir ki,bu da nəticə etibari ilə onların keyfiyyətinə mənfi təsir edir. Ölkədə dərman təhlküsizliyinə cavadeh olan Aidiyyatı qurumlar isə əmin edir ki, dərmanların ölkəyə gətirilməsinə ciddi nəzarət var. Bu barədə az sonra danışacam. Hələliksə dərmana daha çox tələbatı olan orta və yaşlı təbəqənin dərmanların keyfiyyətindən danışsın.

Eksperlərin fikrincə bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda ciddi saxta dərman təhlükəsi yoxdur. Bu yalnız o hallarda baş verə bilər ki,pasiyentlər həkim göstərişi olmadan fərdi istehlak üçün dərmanı internet üzərindən əldə edir. Apteklərdə satılan dərmanların keyfiyyətindən edilən narazılğa gəlincə bu daha çox dərmanların uyğun dozada qəbul olunmaması ilə izah olunur.

Ölkəyə dərman idxalına birbaşa nəzarəti həyata keçirən Dövlət Gömrük Komitəsidir.Komitə yetkililəri əmin edir ki, Səhiyyə nazirliyinin müvafiq qeydiyyatından keçməyən dərman pereparatları gömrükdən də keçmir. Komitənin Əməliyyat və İstintaq Baş idarəsinin rəis müavini Fikrət Ələsgərli deyir ki, 2018 ci iin aprel ayından bu ilin sentyabrınadək gömrük buraxılış məntəqələrində qeydiyyatı şübhə doğuran 114 fakt aşkarlanıb.

Fikrət Ələsgərli etiiraf edir ki, İşbazlar gömrük tələblərindən yayınmaq üçün ağlagəlməz fəndlərə əl atırlar.

Analitik eskpertiza mərkəzinin şöbə müdiri Pərviz Əzimovdan öyrənirik ki, ölkəyə idxal olunan dərmanların 50 faizdən çoxu Avropa ölkələrindən gətirilir. Qalan yerləri isə əsasən Rusiya,Türkiyə,Belarusiya və digər ölkələr bölüşür.

Pərviz Əzimov deyir ki, dərmanların saxlanılma şəraiti vacib şərtdir və bununla bağlı konkret tələblər var.

Bəs dərmanların qeydiyyatdan keçib-keçmədiyini necə yoxlamaq olar.

Azərbaycanın dərman preparatlarına tələbatı 100 faiz idxal hesabına təmin edilir. Müxtəlif vaxtlarda ölkədə əczaçılığın inkişaf etdirilməsi zərurəti qabardılsa da hələlik real nəticə yoxdur. İdxaldan asılılığın bu həddə olması da nəticə etibari ilə apteklərdə pərakəndəlik,xəstələrdə çaşqınlıq yaradır. Sağlamlıq qarşısında isə bu səbəblər keçərsizdir.

REAL

Mənbə: www.realtv.az