Güclü külək əsib

Güclü külək əsib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deprtamentinin məlumatına əsasən oktyabrın 9-da şimal-qərb küləyinin sürəti saniyədə arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 metrədək güclənib, dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti”

Mənbə: xalqqazeti.com