Bolqarıstanda səhiyyə işçilərinin etiraz aksiyası keçirilib

Bolqarıstanda səhiyyə işçilərinin etiraz aksiyası keçirilib

Sofiya, 9 oktyabr, AZƏRTAC

Bolqarıstanın Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları əməkhaqqının qaldırılması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir. Tətil bir neçə şəhərdə keçirilib.

Qeyd edək ki, səhiyyə işçilərinin etiraz aksiyasının əvvəlki illərdə də keçirilməsinə baxmayaraq, əməkhaqqları etirazçıların istədiyi səviyyədə artırılmayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Mənbə: azertag.az