Qubernator azərbaycanlı bloqqerin cəzalandırılmasını tələb edir - Səbəb

Qubernator azərbaycanlı bloqqerin cəzalandırılmasını tələb edir - Səbəb

Rusiyada Hüseynin cəzalandırılmasını istəyirlər...

 

Samara vilayətinin qubernatoru Dmitri Azarov Rusiyada məşhurlaşan azərbaycanlı bloqqer Hüseyn Həsənovun cəzalandırılmasını tələb edir.

Axşam.az xəbər verir ki, buna səbəb bloqqerin bazar günü şəhərin mərkəzində avtoşluq etməsidir.

Hüseyn pərəstişkarları ilə birlikdə Samarada gecə yarısında avtoxuliqanlıq edib. İştirakçılar gecə yarısı səkiyə çıxıb, yolda sürət həddini aşıb və hərəkətə maneçilik törədiblər.

Bloqqer baş verənləri İnstaqram səhifəsində "story" bölümündə yayımlayıb. Bir çoxları isə qubernatoru "Xəbəriniz yoxdur ki, şəhərinizə gələn qonaqlar avtoxuliqanlıq edir, yol hərəkət qaydalarını pozur, küçədə şou yaradırlar" deyərək, ələ salıblar.

 

Lazımi qurumlar avtoxuliqanların hamısının kimliyini təsdiqlədiyini və yaxın günlərdə bununla bağlı polis tərəfindən tədbirlərin görüləcəyini bildirib.

Rusiya mediası Hüseynin "Gelandewagen" markalı maşınını 11 avtomobil karvanının izlədiyini yazıb. Hazırda hər bir avtomobilin sahibinin ödəyəcəyi cərimənin miqdarı hesablanır. Eyni zamanda yolda avtoxuliqanlara qoşulan Samara sakinləri də cərimə ödəyəcək. Karvanda yer alan "ВАЗ-2109" markalı avtomobilinin sahibi 1999-cu il təvəllüdlü gənc olub. O, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 1000 rubl cərimə ödəməlidir. Ən böyük cərimə isə "Toyota" sürücüsünə yazılıb. O, 5 min rubl ödəyəcək.

Həsənov Samarada təkcə avtoxuliqanlığı ilə yadda qalmayıb. O, gecə klublarından birinin mühafizəçisi ilə dalaşıb.

pia.az

Mənbə: pia.az