Azərbaycanlı alimin Moskvada keçirilən beynəlxalq tədbirdə elmi məruzəsi dinlənilib

Bakı, 9 oktyabr, AZƏRTAC

AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi laboratoriyasının müdiri, professor Mirsəlim Əsədov Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının (EABA) illik iclasının Moskva şəhərində keçirilən sessiyasında iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, EABA-nın Elektron Materialları Elmi Şurasının illik hesabat yığıncağında professor Mirsəlim Əsədovun “2D və kvant materiallarının formalaşması nəzəriyyəsi və materialların xassələrinə xarici faktorların təsiri” mövzusunda elmi məruzəsi dinlənilib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının üçüncü iclası keçirilib

SONRAKI XƏBƏR

Terminologiya Komissiyasının iclası keçirilib