“Qobu park-2“ istifadəyə verildi - VİDEO

“Qobu park-2“ istifadəyə verildi - VİDEO

Təməli ötən ilin sentyabr aytında qoyulan bu kompleksdə, məktəb, uşaq bağçası, poliklinika, trenajor zalları, şahmat mərkəzi, market və iaşə obyektlər yaradılıb.

Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası,və futbol meydançası inşa olunub.

Burda 1300 köçkün ailəsi müasir şəraitdə yaşayacaq.Standartlara uyğun binalar tikilib, infrastruktur yaradılıb,həmçinin qaz, su, işıq, istilik istemləri ilə də kompleks təmin olunub.

Evlərin hamısı təmirli, otaqlar geniş, işıqlı həmçinin məxbəx, yataq otaqı və qonaq otağı mebellərlə təhciz olunub.

Kompleksdə evlə təmin olunan köçkün ailəsidə öz hisslərini REAL-a danışdılar.

Xatırladaq ki, Qobuda məcburi köçkünlər üçün tikilən kompleks sayca ikincidir.

Qeyd edək ki, QobuPark1 yaşayış kompleksi 2018-ci il May ayının 25 istifadəyə verilib.

Mənbə: www.realtv.az