Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsi kim imiş?

Bakı. Samir Əli - Trend:

Bakıda 2 ay əvvəl xəstəxanada ölən şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisə avqustun 30-da 2 saylı Vərəm Əleyhinə Dispanserdə baş verib. Avqustun 27-də kəskin ağ ciyər xəstəsi olan şəxsiyyəti məlum olmayan kişi küçədən Təcili Tibbi Yardım Briqadası ilə dispanserə gətirilib. Aparılan müalicələrə baxmayaraq həmin şəxs avqustun 30-da xəstəxanada dünyasını dəyişib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin 1970-ci il təvəllüdlü Hümmətov Məhəbbət Əjdər oğlu olduğu müəyyən edilib.

Meyit mərhumun yaxınlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə “Barış pınarı” əməliyyatı barədə Suriyanı məlumatlandırıb

SONRAKI XƏBƏR

Türkiyə qorxusu YPG-yə bunu etdirdi: şimal sərhədində...