Nobel mükafatçısı alimdən şok açıqlama: 30 il ərzində yadplanetliləri görəcəyik

Nobel mükafatçısı alimdən şok açıqlama: 30 il ərzində yadplanetliləri görəcəyik

Nobel mükafatçısı alimdən şok açıqlama: 30 il ərzində yadplanetliləri görəcəyik
Fizika üzrə Nobel mükafatçısı Didye Kelo bəşəriyyətin 30 il ərzində yadplanetliləri kəşf edəcəyini bildirib. Sonxeber.az türk KİV-inə istinadən xəbər verir ki, alim Günəş sistemindən kənarda bir planetin günəşə bənzər bir ulduzun orbitinə girməsinə dair kəşflərinə görə Nobelə layiq görülüb. İsveçrəli alim yadplanetlilərin varlığına inandığını bildirib.
Londonda çıxış edən Kelo deyib:
"Kainatda yaşayan tək canlı olduğumuza inanmıram. Bir çox planet və ulduz var. Həyatı özü ilə gətirən kimya hər yerdə olmalıdır. İnsanlar 30 il ərzində dünya xaricində həyatı kəşf edəcəklər".
100-dən çox səma cisminə adını verən alim dünya xaricində həyatı müəyyən edəcək bir aparatın 30 il ərzində kəşf ediləcəyini deyib.

 

 

Mənbə: sonxeber.az