Müsəlman Həkimlər Birliyi yaradıldı- Halal tibbi yardım göstəriləcək...

Müsəlman Həkimlər Birliyi yaradıldı- Halal tibbi yardım göstəriləcək...

Rusiyada Müsəlman Həkimlər və Tibb İşçiləri Birliyi yaradılıb. Tibbi təhsili olan müsəlmanlar təşkilata üzv ola bilərlər.

Moderator.az xəbər verir ki, bu barədə “Tatar-inform”a Birliyin prezidenti Ramil Xisamov danışıb.

“Birlik cəmiyyətin istəyini təmin etmək, İslam qanunlarına uyğun olaraq halal tibbi yardım göstərmək məqsədi ilə yaradılıb. Biz insanlara Peyğəmbərimizin(s) Sünnəsinə uyğun olaraq necə yemək, yatmaq, necə yaşamaq lazım olduğunu izah edəcəyik. Bir hədis var: “Mədənin bir hissəsini yemək, digərini su, üçüncü hissəsini isə hava üçün saxlayın”.

Yuxuya gəlincə, başınla qibləyə tərəf sağ tərəfdə yatmalısan, çünki sol tərəfində yatırsansa, bu, ürək üçün bir yükdür” –deyə Birlik rəhbəri bildirib.

Müsəlman Həkimlər Birliyinin prezidenti bədənin fiziki sağlamlığının qorunması üçün namazın faydalarını da vurğulayıb. Namaz qılmaqla ilk növbədə müsəlman İslam dininə görə vacib bir hərəkət edir. İkincisi, bu, bədən üçün fiziki məşqdir”- R.Xsamov qeyd edib.

Müsəlman Həkimlər Birliyi 18 sentyabr 2019-cu ildə yaradılıb. Təşkilata tibb universitetlərinin tələbələri, orta və ali təhsilli həkimlər daxil ola bilər. Əsas şərtlərdən biri - Birlik üzvünün müsəlman olmasıdır. Bu günədək artıq 80-ə yaxın tibb işçisi təşkilata qoşulmaq istəklərini bildiriblər.

Sultan Laçın

Mənbə: moderator.az