17 nömrəli marşrut “Bakubus“ adına ləkədir – FAKT

17 nömrəli marşrut “Bakubus“ adına ləkədir – FAKT

Yeni Yasamaldan Gənclik metro stansiyası istiqamətdə hərəkət edən “BAKUBUS MMC”yə məxsus olan 17 saylı marşrutdan istifadə edən sərnişinlərdən XəbərAl.az-z ŞİKAYƏT daxil olub.

XəbərAl.az ŞİKAYƏT xarakterli müraciəti olduğu kimi analiz edib izləyicilərini məlumatlandırır.

Bölgələrdən fərqli olaraq paytaxtda ictimai nəqliyyatdakı problemlərin həlli üçün hansısa işlərin görülməsinə çalışılır. Hətta bu işləri koordinasiya etmək üçün Bakı Nəqliyyat Agentliyi adlı bir qurum da yaradılıb. İlk əvvəllər bu quruma ümidlər böyük idi. Hətta yeniliklərin olacağı gözlənilirdi. Gözlənilirdi deyəndə ki, indi də gözlənilir. Amma bu gün yollarımızdakı mənzərə onu deməyə əsas verir ki, BNA-yi heç bir iş görə bilmir. Hansısa əməkdaşının əlinə cərimə etmək üçün aparat verərək bəzi küçələrdə dayanma-durma qaydalarını pozan sürücüləri cərimələməklə təbii ki, iş bitmir. Gərəkdir ki, ciddi islahatlar həyata keçirilsin və paytaxt yollarındakı xaos aradan qalxsın.
Təəssüflər olsun ki, paytaxt küçələrində şütüyən köhnə avtobuslarla yanaşı yeni marşrutlarda da ürəkaçan mənzərə mövcud deyil. Xarici görkəmin müasirliyini və bir neçə marşrut xəttində ödənişin xart vasitəsilə aparlimasını nəzərə almasaq demək olar ki, hansısa yenilik hiss olunmur. Yenə də əvvəlki kimi sıxlıq, əvvəlki kimi yollarda atobusların yarışı, dayanacaqdan kənar saxlamalar və s. Bir sizlə yenilik-filan yoxdur…
Yeni Yasamaldan Gənclik istiqamətində hərəkət edən 17 nömrəli marşrut avtobusu da digərlərindən fərqlənmir desək, yanılmarıq. Bu marşrut xəttindən olan narazılıqlar günü-gündən artmaqdadır. Sürücülərin sərnişinlərlə kobud rəftarı bu marşrut avtobusları üçün xarakterik xüsusiyyətdir. Dəfələrlə sərnişinlərlə sürücülər arasında mübahisə bəzən xoşagəlməz hallarla nəticələnib. Sürücülərin qeyri-insani rəftarı sərnişinləri hər zaman təqib edir. Maraqlıdır ki, bu xəttin sahibi heç zaman sürücülərinə göstəriş verməyib ki, sərnişinlərə normal münasibət sərgiləsin. Əksinə olsaydı, sərnişinlərə “xoşunuz gəlmir taksi ilə gedin“ deyilməzdi. Bu onu göstəriri ki, bu marşrut xəttində hərkə-hərkəlikdi. Bakı Nəqliyyat Agentliyi isə baş verənlərdən xəbərsiz kimi susmaqla məşğuldur.
17 nömrəli marşrut avtobusunda digər bir xoşagəlməz hal azyaşlı uşaqlardan da gediş haqqının alınmasıdır. Bu marşrutlarda hətta qucaqda aparılan 2-3 yaşlı uşaqlara görə pul istənilir. Bu isə bir çox hallarda mübahisələrə səbəb olur. Baxmayaraq ki, bu marşrut avtobusu son illər paytaxtımıza gətirilən müasir tipli avtobuslardır, amma orada müasirlikdən başqa nə desən var. Ona görə də əlaqədar qurumlar bu xətt üzrə hərəkət edən avtobusların işini tənzimləməlidir. əks halda sürücülərlə-sərnişinlər arasındakı mübahisələr əlbəyaxa davalar səviyyəsinə belə gedib çıxa bilər.

P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mənbə: xeberal.az