Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb

Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb

Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayon ərazisində baş verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı İ.Əhmədov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 343 qram metamfetamin aşkarlanaraq götürülüb.

Mənbə: report.az