Fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi yaxın vaxtlarda həllini tapacaq

Fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi yaxın vaxtlarda həllini tapacaq

“Fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi diqqətdədir və yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq".

APA-nın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, komitə bu istiqamətdə fəaliyyət göstərir: "Öncəlik bu gün ağır vəziyyətdə yaşayan məcburi köçkünləri evlə təmin etməyə yönəlib. Lakin fərdi evlərdə yaşayan məcburi köçkünlər də həmin evlərdən çıxarılacaq. Belə ailələr az deyil, yetərincədir. Çoxluq isə Bakı və Sumqayıtda olan fərdi evlərdə yaşayır".

Mənbə: apa.az