Bərdə rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Əbilov “QAZ-3110” markalı avtomobilinin qaçırılmasını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi S.Paşazadə şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Mənbə: report.az