İmtahan öncəsi leykoz olduğunu öyrənən, həkimlərin "1 həftə ömrün qalıb" dediyi İbrahim - VİDEO

Bakı Dövlət Universitetinin bakalavar dərəcəsini bitirəndən sonra magistratura təhsili almaq üçün İstanbul Texniki Universitetində imtahana gedən İbrahim həyatının şoku ilə qarşılaşır. 

AZXEBER.COM xəbər verir ki, Türkiyədə müayinələrdən sonra İbrahim Fərhadlıya leykoz diaqnozu qoyulur.

Hətta ona 1 həftə ömrünün qaldığı da deyilir. Bu hadisədən sonra İbrahimin həyat imtahanı başlayır. Ailəsinin maddi durumu yaxşı olmadığına görə İbrahimlə bağlı sosial şəbəkələrdə kampaniya başladılır. Bu işdə ona çox dəstəyi qardaşı verir.

Hətta Türkiyənin "Beşiktaş" klubunun futbolçuları belə bu kampaniyaya qoşularaq İbrahimə dəstək istəyir. "Beşiktaş'lı futbolçular Mario Gomez, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolga Zengin azərbaycanlı gəncə dəstək mesajı göndərir. Futbolçular bununla yanaşı, imzaladıqları formanı İbrahimə verir. Rokçu Hayko Cepkin də İbrahimə dəstək verənlər arasında olur.

Müalicə üçün tələb olunan vəsait toplanır və 1 il 6 aylıq mübarizəsi nəticəsində o bu xəstəliyə qalib gəlir. Hazırda o normal həyat fəaliyyətinə davam edir. 

  İbrahim başına gələnləri şərh edib.

AZXEBER.COM videonu təqdim edir: 

 

Azxeber.com

ƏVVƏLKİ XƏBƏR

​Tramp Türkiyənin Suriyaya hücumunu "pis fikir" adlandırdı – ABŞ PREZİDENTİ "MƏNASIZ MÜHARİBƏLƏRƏ” QARŞI OLDUĞUNU BİLDİRDİ

SONRAKI XƏBƏR

Gömrük Akademiyasının mətbuat katibinə təşəkkür elan olunub