KOBİA yanında İctimai Şuranın sədri: "Forumun məqsədi turizm biznesini inkişaf etdirməkdir"

KOBİA yanında İctimai Şuranın sədri: "Forumun məqsədi turizm biznesini inkişaf etdirməkdir"

"Forumun məqsədi qeyri-neft sektorunun ən böyük tərkib hissəsindən biri olan turizm biznesini inkişaf etdirməkdir".

APA xəbər verir ki, bunu KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sahədə olan problemlərin həll olunması üçün İctimai Şura özəl sektorla dövlət orqanları arasında körpü rolunu oynayır:

"Turizmin inkişafı dövlət orqanları tərəfindən hər zaman nəzarətdə saxlanılır. Müzakirə mövzusu olaraq Azərbaycan Hava Yollarının yaxşılaşdırılması, turist gəlişləri, miqrasiya məsələləri, regionlarda turizm mərkəzlərinin tikilməsidir. Bunlar dövlətin əsas prioritet istiqamətlərindən biridir ki, bu sahələr inkişaf edərək ölkəyə gələn turistlərin sayı daha da artsın".

Mənbə: apa.az