Siqaret və spirtli içki qaçaqmalçıları ifşa edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Ford Transit 330", "VAZ-21099" markalı avtomobillər saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaşlar nəqliyyat vasitələrində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində "Çarskaya Zolotaya" yazılan 6 ədəd 1 litrlik, üzərində "Russkiy Standart” yazılan 6 ədəd 1 litrlik, üzərində "Novaya Vodka" yazılan 6 ədəd 700 ml.-lik, üzərində "Qomel Veçernıy" yazılan 3 ədəd 700 ml.-lik, üzərində "Çar Vodka" yazılan 1 ədəd 1 litrlik, üzərində "Çarskaya Vodka" yazılan 1 ədəd 1 litrlik və "Baileys Original" yazılan 4 ədəd 1 litrlik spirtli içkilər, üzərində "Qilzı popirosı" yazılan 200 ədəd tütün doldurmaq üçün kağız filtiri və "Marlboro Filter Plus" markalı 2000 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Ayaqqabısında narkotik vasitə və psixotrop maddə keçirərkən yaxalandı

SONRAKI XƏBƏR

Türkiyə Suriyada HƏDƏFLƏRİ ƏLƏ KEÇİRDİ - VİDEO