Avropa Kosmik Agentliyindən xəbərdarlıq: planetimiz səma cismi ilə toqquşacaq

Avropa Kosmik Agentliyindən xəbərdarlıq: planetimiz səma cismi ilə toqquşacaq

Avropa Kosmik Agentliyi risk siyahısına yeni bir səma cismini əlavə edib. Sonxeber.az-ın məlumatına əsasən, gələcək 65 il ərzində dünya ilə toqquşacaq səma cisminin ölçüsü 14 metrdir.
Rəsmilər qeyd ediblər ki, yeni kəşf edilən səma cismi 2084-cü ildə planetimizə çox yaxın məsafədən keçəcək və cazibə qüvvəsinin təsiri ilə atmosfer qatına daxil olacaq. Açıqlamaya əsasən, "2019 SU3" adlı səma cismi risk siyahısının ən böyük dördüncü səma cismi olub.
Astronomlar isə səma cisminin Yer planeti ilə toqquşma ehtimalının 152-də bir olduğunu qeyd ediblər.

 

 

Mənbə: sonxeber.az