Təbrizdə "Barış" dərgisinin xüsusi buraxılışı nəşr edilib

Altı ildən bəri nəşr olunan tələbə jurnalı olan Barış dərgisinin 8-ci sayı xüsusi olaraq ana dilində təhsilin zərurəti adlı yazı ilə yayımlandı.

Tələbələr tərəfindən nəşr edilən Barış dərgisi Azərbaycan Şəhid Mədəni Universitetinin tələbələri tərəfindən yazılmış türkcə və farsca dillərində məqalələri ehtiva edir.

Dərgi tələbələr üçün mədəniyyət, ictimai və idman sahələrində məqalələr yayır.

Barış dərgisinin 7-ci sayında güneyli fəal və yazar Məhəmməd Rəhmanifər Şah İsmayılın niyə Təbrizi başkənd olaraq seçməsi haqda bir məqaləsi çap olmuşdu.

Jurnalın Ana dilində təhsilin zərurəti haqda çap və nəşr olan xüsusi sayı tələbələr arasında ödənişsiz yayılıb.

Müxtəlif ictimai və tarixi mövülar haqqında məlumat yayınlayan Barış dərgisinin gələcək həftələrdə 9-cu sayının nəşri gözlənilir.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

“Petkim” Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olacaq

SONRAKI XƏBƏR

Marşrut sürücüləri sükan arxasında siqaret çəkməyi hələ tərgitməyiblər