Ermənistanda vəzifəli şəxs Aprel döyüşləri zamanı bir neçə avtomobillik yeyinti edib

Ermənistanda vəzifəli şəxs Aprel döyüşləri zamanı bir neçə avtomobillik yeyinti edib

İrəvan şəhərinin Şenqavit inzibati rayonunun sabiq rəhbəri Armen Sarkisyan 2016-cı il Aprel döyüşləri zamanı bir neçə avtomobili işğal altında olan Qarabağa göndərməyərək öz yaxınlarına hədiyyə etməkdə şübhəli bilinir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Armen Sarkisyan vəzifədə olduğu vaxt 2016-cı il Aprel döyüşləri zamanı avtomobillərin xeyriyyə məqsədilə Qarabağa aparılması bəhanəsilə rəhbərlik etdiyi inzibati rayon ərazisində fəaliyyət göstərən müxtəlif sahibkarlardan müxtəlif miqdarlara çatan məbləğlər toplayıb.

Sabiq erməni başçı elə həmin il topladığı məbləğlərlə Rusiya Federasiyasından “VAZ 21214” markalı avtomobillər alıb, lakin qeyd edilən nəqliyyat vasitələrini Qarabağa göndərmək əvəzinə öz yaxınlarına hədiyyə edib.

Faktla bağlı 6-cı Polis İdarəsində hazırlanmış materiallar Şenqavit polis bölməsinə ötürülüb. Jurnalistlər Armen Sarkisyanın telefonuna zənglər edib, lakin telefona cavab verən olmayıb.

Alpər Mövludoğlu

Mənbə: ordu.az