Ədəbiyyat üzrə 2018-ci və 2019-cu illərin Nobel mükafatlarının sahibləri bəlli olub

Bu il Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu (900 min ABŞ dolları) təşkil edir...

Ədəbiyyat üzrə 2018-ci ilin Nobel mükafatına polşalı yazıçı Olqa Tokarçuk, 2019-cu ilin mükafatına isə avstriyalı yazıçı Peter Handke layiq görülüb.

İnterAz “The Quardian”a istinadən xəbər verir ki, İsveç Akademiyasının daimi katibi Mats Malm polşalı müəllifin “sərhədləri aşmağı həyat tərzi kimi hissiyatlı tərzdə təsvir edərkən göstərdiyi ədəbi təxəyyül”ə, avstriyalı həmkarının isə “insan təcrübəsinin intəhasını və xüsusiyyətlərini mahir üslubda kəşf edən təsirli əsərlər”inə görə bu nüfuzlu mükafata layiq görüldüyünü bildirib.

Qeyd edək ki, mükafatların təqdimat mərasimi Stokholmda Alfred Nobelin (1833-1896) vəfat etdiyi gün - dekabrın 10-da keçiriləcək.

Bu il Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu (900 min ABŞ dolları) təşkil edir.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

"Elə qisim insanlar var ki, onları ancaq ağlatmaq lazımdır" - Məcid Hüseynov

SONRAKI XƏBƏR

"SOCAR Turkey" gələn il İzmirdə neft-kimya kompleksinin tikintisinə başlaya bilər