İnsulin bundan sonra kapsullarda olacaq – Diabetlər iynədən xilas olur

Amerikalı alimlər nəhayət ki, diabetlərin həyat mənbəyi olan insulin preparatının kapsul forması üzərində çalışıb. Bu kapsullar oral qəbul olunub, mədəyə zərər verməyəcək.

Medicina.az xəbər verir ki, Massaçuti Texnoloji İnstitutunun bir qrup mütəxəssisi Daniya farmakoloji şirkəti ilə birgə insulin inyeksiyasına alternativ variant üzərində işləyiblər. İnsulinin tərkibində olan zülallar tablet formasında olanda qana gedib çatmır və həzm sistemi tərəfindən məhv olunur.

Professsor Robert Lanqer ilk dəfə bu problemi çözüb. Yaradılan 30 mm-lik kapsul mədənin aqressiv turşu mühitinə dözümlüdür və insulin elə iynədə olduğu kimi nazik bağırsağa çatdıra biləcək.

Kapsul nazik bağırsağa çatanda xarici örtüyü dağlır və mikroiynə vasitəsilə insulin xaric olur.

Sonradan mikroiynələr əriyir və bağırsaqla xaric olur, insulin isə qana düşür.

Hələ ki, donuzlar üzərində aparılan təcrübə effektiv olub və təhlükəsizdir.

medicina.az

ƏVVƏLKİ XƏBƏR

İtaliyada təyyarə qəzası

SONRAKI XƏBƏR

Allahşükür Paşazadə Gürcüstan səfiri ilə II İliyanın Keşikçidağla bağlı məktubunu müzakirə edib