Dünyaca məşhur türkiyəli alim Bakıya gəlir

Dünya şöhrətli alim, Türkiyənin məşhur geoloqu Cəlal Şəngör Bakıda konfrans keçirəcək.

Kult.az xəbər verir ki, məşhur geoloqla görüş 27 noyabr tarixində baş tutacaq. Musiqi Akademiyasının Opera studiyasında keçirilməsi planlaşdırılan konfrans 19:30-dan 22:00-dən davam edəcək.

Görüş üçün cəmi 1200 bilet ayrılıb. Bilet əldə etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.

Konfransda iştirak üçün nəzərdə tutulan biletlərin qiyməti 100, 70, 50, 30 manat arasında dəyişir. 30 manata nəzərdə tutulan “D” kateqoriyasında biletlər artıq tükənib.

Xatırladaq ki, dünyaca məşçhur alim C.Şəngör 1984-cü ildə London Geologiya Cəmiyyətinin Prezident Mükafatını, 1986-cı ildə TÜBİTAK Elm Mükafatını qazanıb. Həmin il İstanbul Texniki Universitetində Geologiya üzrə dosent adını qazanıb. C.Şəngör Rusiya Təbiət Elmləri Akademiyasının, Fransa Fizika Cəmiyyətinin və Amerika Milli Elmlər Akademiyasının fəxri üzvüdür.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın gənc gimnastı: Çempion olmağı arzulayıram

SONRAKI XƏBƏR

Ombudsmanın əməkdaşları DTX-nın istintaq təcridxanasında Polad Aslanovla görüşüblər