Türkiyə Azərbaycan uşaqları üçün oyun karvanı göndərir

Türkiyə Azərbaycan uşaqları üçün oyun karvanı göndərir

Türkiyənin Cocuk Oyunları və Spor Kulüpleri Federasyonu (COSKF) iki ölkə arasında münasibətlərin gücləndirilməsi üçün Azərbaycanda ənənəvi uşaq oyunları üzrə yarışmalara başlayır.

Musavat.com xəbər verir ki, açılış törəni oktyabrın 17-də Bakıda “Sərhədçi” İdman Klubunda baş tutacaq tədbir ölkənin 7 rayonunda keçiriləcək və 24-də Qazax şəhərində başa çatacaq.

Oktyabın 12-də Üsküdarın Harem bölgəsində düzənlənən törənlə oyun heyəti Azərbaycana yola salınıb. Tədbirə, Türkiyə Mədəniyyət və Turizm nazir müavini Özgül Özkan Yavuz, yerli idarəetmə orqan rəhbərləri Murat Sefa Demiryürek, Mustafa Özarslan, Üsküdar bələdiyyə başqanı Hilmi Türkmen, Ümraniyə bələdiyyəsinin keçiş sədri Hasan Can qatılıb.

Toplantını açan COSKF başqanı Mehmet Mutlu Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq təməllərinin daha da möhkəmləndirilməsi, davamlı olması üçün iki ölkənin gənc vətəndaşları üçün etkinliklər düzənlənməsinin böyük önəm daşıdığını bildirib:“Qardaş Azərbaycan məktəbliləri üçün yarışlar keçirilməsi ideyasını gerçəkləşdirməkdən məmnunluq duymaqla yanaşı, bu işdə Federasyonumuza dəstək verən hər kəsə təşəkkür və şükranlarımızı bildirirəm. Biz bu gün necə bir gənclik yetişdirəcəyiksə, gəlcək dünyamız da o cür şəkillənəcək. Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir. Bu qardaşlığın daimi olması üçün hər iki ölkənin cocuqlarını bu ruhda tərbiyə etmək vacibdir. Ümid edirəm ki, bu, gözəl bir başlanğıc olacaq və biz coğrafiyamızı genişləndirərək bu yarışları digər türk cümhuriyyətlərində də keçirəcəyik”.

Mehmet Mutlu bildirib ki, Türkiyədən bir neçə iş adamı etkinliyə hədiyyə göndərir:“Cocuqları mutlu etmək böyüklərin vəzifəsidir. Hədiyyənin kiçiyi-böyüyü olmasa da, uzun xatirəsi olar. Biz Azərbaycanda təkcə yarışmalara qatılacaq uşaqlara deyil, aztəminatlı ailələrdən olan uşaqlara da hədiyyələr aparırıq. Ümid edirik ki, bizim yarışmalarımıza gələn uşaqlar oradan böyük təəssüratla ayrılacaqlar”.

Törənə qatılan rəsmi şəxslər də Türkiyə-Azərbaycan dostluğundan söz açıb, düzənlənən etkinliklərin türk millətinin bütünləşməsi, daha sağlam gələcək qurması üçün önəmini vurğulayıblar.

Daha sonra rəsmilər İstanbul məktəbliləri ilə bərabər gələnəksəl uşaq oyunları oynayıblar. Sonda dəvətlilərə xatirə hədiyyələri paylanıb.

Mənbə: axar.az