Ərindən boşanmasını paraşütlə tullanaraq qeyd etdi - MARAQLI...

Ərindən boşanmasını paraşütlə tullanaraq qeyd etdi - MARAQLI...

İki uşaq anası olan Mərkəm Karaş onu ölümlə təhdid edən həyat yoldaşından boşanmasını bu şəkildə qeyd edib.

Moderator.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Daha öncə boşanma davası açmasını davulla qeyd edən Məryəm Karaş, boşanmasını isə paraşütdən tullanaraq qeyd edib. Altı il öncə M.N.A. ilə evlənən Məryəmin xoşbəxtliyi uzun sürməyib. O, deyib ki, həyat yoldaşıyla aralarında son dönəmlər anlaşılmazlıqlar olub.

Boşanandan sonra o, vətəndaşlara xına paylayıb. Məhkəmə qarşısında rəqs edən Məryəmin görüntüləri vətəndaşların da diqqətini cəlb edib. Boşandığı üçün sevindiyindən nə etdiyini bilmədiyini deyən qadın doğum günündə isə paraşütlə tullanaraq boşandığını elan edib.

Məryəm açıqlamasında bunları deyib: “Bu uçuşun həyata keçirilməsində məqsəd fərli idi. Son zamanlar qadınlara qarşı şiddətin çoxaldığını görüncə uçmaq istədim. Uşaq təcavüzlərinə, ölümlərinə, qadına qarşı şiddətə və ölümlərə görə paraşütlə tullandım. Mən boşanan zaman bunu edəcəyimi qarşıma məqsəd qoymuşdum. Boşandığım üçün çox xoşbəxtdəm”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az