Bələdiyyə seçkilərinə hazırlıq - Bölgələrdə də kurslara start verilib

Bələdiyyə seçkilərinə hazırlıq - Bölgələrdə də kurslara start verilib

Zaqatala 110 saylı Dairə Seçki Komisiyyasında dairə üzvləri və dairəyə daxil olan 47 məntəqənin sədrlərinin iştakı ilə bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı maarifləndirmə və seçki prosesi ilə bağlı qaydalarla əlaqədar 3 günlük təlim kurslarına başlanıb.

Atv.az xəbər verir ki, kurs iştirakçılarına seçkiqabağı hazırlıq prosesi, seçki təşviqatı, seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilər və müşahidəçilərlə ünsiyyət, təhlükəsizlik qaydaları ilə bağlı məlumat verilib. Məntəqələrdə seçicilər üçün lazımi şəraitin yaradılması və digər məsələlər müzakirə olunub. Sonra məntəqə sədrlərini maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, 48 min 100 seçici Zaqatala 110 saylı Dairə Seçki Komisiyyası üzrə 47 məntəqədə səs verəcək.

ATV.az

Mənbə: www.atv.az