Torpaqların uçotu prosesi davam edir - On minlərlə torpaq mübahisəsi həllini tapacaq

Torpaqların uçotu prosesi davam edir - On minlərlə torpaq mübahisəsi həllini tapacaq

Mülkiyyət növündən, təyinatından, istifadə xarakterindən asılı olmayaraq ölkə ərazisindəki torpaqların uçotu prosesi davam etdirilir.

Atv.az xəbər verir ki, əldə olunan müfəssəl informasiyalar daşınmaz əmlakın reyestr sisteminə inteqrasiya ediləcək. Əsas məqsəd torpaqların faktiki istifadə vəziyyəti ilə kadastr sənədlərindəki məkan göstəriciləri arasındakı uyğunsuzluqları aradan qaldırmaqdır. Proses 6 şəhər və 51 rayonu əhatə edir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyevin sözlərinə görə, bu metod mülkiyyətçilərin sahib olduğu torpaqdan əlavə ərazini qanunsuz olaraq istifadə etməsi halı da aradan qaldırılır. Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə həyata keçirilən proses yekunlaşandan sonra rəqəmsal bələdiyyə xəritələri də hazırlanacaq. Bununla da torpaq üzərindəki mülkiyyət hüqüqu tanınmayan sənədsiz evlərin də sənədləşməsi problemi həllini tapacaq.

ATV.az

Mənbə: www.atv.az