UNEC-də “Mühasibat uçotu” dərsləri tətbiqi laboratoriyada tədris edilir

UNEC-də “Mühasibat uçotu” dərsləri tətbiqi laboratoriyada tədris edilir

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) "Biznes Analitik Laboratoriya” (BA Lab) təsis edildi.

Dünyanın bir çox aparıcı universitetlərində və qabaqcıl şirkətlərində həmçinin tətbiq olunan bu layihə, Azərbaycanda da pilot olaraq TUDİFAK-da həyata keçirildi.

Layihə əsasən 3 fərqli istiqamətdə irəliləyəcək: "Digital Business Solution”, "Data Management”,"Analytics Research”.

"Digital Business Solution” bölməsində tələbələr Mühasibat uçotu dərsində özəl sektorda tələb görən "1C” və eyni zamanda bir çox aparıcı şirkətlərdə idarəetmədə və Mühasibat və maliyyə departamentlərində istifadə olunan "LOGO” proqramlarını 1 semestr ərzində öyrənib tətbiq etmək imkanına sahib olacaqlar. Bu məqsədlə, "LOGO” proqramının Beynəlxalq satış təmsilçiləri Cem Gönençen, Noyan Kiyma və proqramın Azərbaycan üzrə distribütoru "RES Systems” MMC şirkətinin təsisçi direktoru Səməd Rəhimli fakültədə olub. İmtahandan uğurla keçən tələbələr sertifikatla təmin olunacaqlar.

Özəl sektorun populyar və ən çox tələb görən iş sahələrindən biri də "Rəqəmsal Marketinq” (Digital Marketing) sferasıdır. Burada isə tələbələrə rəqəmsal marketinq, e-ticarət və rəqəmsal iqtisadiyyat istiqamətində xidmət göstəriləcək.

"Data Management”də əsasən məlumatların toplanması, təsnifatlaşdırılması, analiz edilib nəticə çıxarılması üçün əsas sahələrdən biridir. Burada həm "Data Science”, "Data Visualization” kimi sahələrə istiqamətlərlə yanaşı tələbələrin istedad və istiqamətlərinə görə Süni İntellekt (AI), Machine Learning (Makina Öyrənməsi) sahələrində onlara texniki və nəzəri bacarıqlar qazanılmasıyla yanaşı, tətbiq metodları da göstəriləcək və bu bacarıqlara yiyələnmələri üçün dəstək veriləcək.

"Analytics Research” istiqamətində isə həm iqtisadi, həm biznes həm də sosial yönümlü tədqiqatlar aparılması hədəflənib. Burada həmçinin araşdırmaların nəticələri şərh olub, məqalələr və yayımlar edilməsi nəzərdə tutulur.

Mənbə: azxeber.com