“BNA-nın fəaliyyəti vətəndaşlara yüksək səviyyədə xidmətin nümunəsidir”

Eldar İbrahimov: “Görülən işlərin arxasında zəngin təcrübənin dayandığı hiss olunur”

Son vaxtlar Bakı NəqliyyatAgentliyinin (BNA) paytaxtın nəqliyyat həyatındafundamental islahatlar həyata keçirdiyi, mühüm yeniliklərə imza atdığı hər kəsəbəllidir. Paytaxtın avtobus parkının günün müasir tələblərinə uyğun olaraq sürətləyenilənməsi, sərnişindaşıma prosesinə beynəlxalq standartlara cavab verənavtobusların cəlb edilməsi, əlil vətəndaşların ictimai nəqliyyatdan daha rahatistifadəsinin təmin olunması, nəqliyyatın fəaliyyətinin daha mütəşəkkil şəkildətəşkili və s. BNA-nın cəmiyyətdə alqışla qarşılanan uğurları sırasındadır.

Moderator.az-aaçıqlamasında BNA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən millət vəkiliEldar İbrahimov da, sözügedən qurumun paytaxtın nəqliyyat həyatına gətirdiyiyeniliklərin qürurverici olduğunu vurğuladı:

“Şübhəsiz, BNA yüksək səviyyədəfəaliyyət göstərən bir qurumdur. Bu bir faktdır ki, BNA qısa zamanda ölkəmizdənəqliyyat mədəniyyətini formalaşdıran, bu mədəniyyətin daşıyıcısı olan qurumaçevrilib. Mən BNA-nın fəaliyətini təqdir edir, alqışlayıram. Paytaxta yeniavtobusların gətirilməsi, avtobus parkının yenilənməsi, sağlamlıq problemi olanvətəndaşlarımızın ictimai nəqliyyatdan istifadəsinin asanlaşdırılması, onlarüçün daha rahat şəraitin yaradılması və s. BNA-nın həyata keçirdiyi mühüm islahatlarsırasına daxildir.

Xatırladım ki, prezidentimizbir müddət əvvəl BNA-nın “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışındaiştirak etdi, görülən işləri yüksək qiymətləndirdi. Heç kimə sirr deyil ki, bütün bu işlər ölkəbaşçısının diqqət və qayğısı nəticəsində həyata keçirilir. Məhz cənabprezidentin səyi və qayğısı nəticəsində bu cür irimiqyaslı layihələri həyatakeçirmək mümkün olub. Sevindiricidir ki, BNA rəhbərliyi də ölkə başçısı tərəfindənqarşıya qoyulan tələbləri yüksək səviyyədə yerinə yetirir. Görülən işlərinarxasında zəngin təcrübənin dayandığı özünü hiss etdirir. Bu baxımdan BNA rəhbərliyininəməyi qeyd olunmalıdır. BNA-nın həqiqətən də mühüm və faydalı işlər gördüyü gözönündədir.

Arzu edərdim ki, sərnişindaşınması ilə məşğul olan digər qurumlar da BNA-nın nümunəvi fəaliyyətindən örnəkgötürsünlər. Çünki BNA xalqa, vətəndaşa necə xidmət etmək gərəkdiyini göstərir.BNA bu məsələdə örnək təşkil edir və istənilən halda onun təcrübəsinin öyrənilməsindəfayda var”.

Seymur ƏLİYEV

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Pakistan Hindistana etirazını bildirib

SONRAKI XƏBƏR

İbrahim Qalın: “Əsəd rejimi ilə görüşümüz nəzərdə tutulmur”