Şagirdlərinə göstərdiyi şey sosial mediada virus kimi yayıldı - MARAQLI

Şagirdlərinə göstərdiyi şey sosial mediada virus kimi yayıldı - MARAQLI

Bir çox vacib məsələlər var ki, sağlamlığımız və xoşbəxtliyimiz buna bağlı olsa belə onları dilə gətirməyə çox utanırıq. Bunlardan biri də uşaqlıqda ən mühüm məsələlərdən biri olan tualet tərbiyəsidir. Uşaqların sağlamlığı və təmizliyi üçün hər bir məsələ kimi bu məsələnin də ətraflı bir şəkildə izah edilməsi və öyrədilməsi lazımdır.

Moderator.az xəbər verir ki, Yaponiyada bir müəllim bunun üçün kitablar və məqalələr oxumaq əvəzinə dərsə başlamazdan əvvəl şagirdlərinə tualetdə nə cür təmizlənmək lazım olduğunu göstərmək üçün maraqlı bir üsuldan istifadə edib. Sosial mediada paylaşılan bu video qısa müddətdə virus halına gəlib.

Yaradıcı müəllimin adı hələ də bilinməsə də şagirdlərinə göstərdiyi üsul uzun müddət ağıllardan silinməyəcək. Sözügedən müəllim uşaqlara tualetlərini etdikdən sonra necə təmizlənəcəklərini, kağızı bükməyi və təkrar silməyi göstərib.

Kamran

Mənbə: moderator.az