Əziz Əzizov Nərimanov prospektinin sakinləriylə görüşdü - FOTO

Əziz Əzizov Nərimanov prospektinin sakinləriylə görüşdü - FOTO

Oktyabrın 17-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, Nəriman Nərimanov prospekti 203 ünvanının sakinləri ilə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon Bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əziz Əzizov bu il Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin də şəhərimiz üçün böyük hadisə olduğunu qeyd edib. O, 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə, Yasamal RİH ilə birgə rayon üzrə abadlıq-quruculuq işlərinə start verildiyini növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini sakinlərin diqqətinə çatdırıb. İcra başçısı son bir ildə Yasamal rayonunun Bakının digər ərazilərindən müsbət mənada fərqləndiyini qeyd edərək, xüsusilə yolların əsaslı təmir olunduğunu, böyük layihələrin həyata keçirildiyini, yeni yolların tikilib istifadəyə verildiyini diqqətə çatdırıb.

Rayon sakinləri onları maraqlandıran suallarla Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran məsələlər əsasən söküntü, istilik, su və qurumuş ağacların budanması ilə bağlı olduğuna görə onların müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.

Əziz Əzizov səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan digər məsələlərin tezliklə həyata keçiriləcəyini və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verib. Tədbirdən sonra icra başçısının rəhbərliyi ilə rayon ərazisində insanlar üçün təhlükə yaradan qurumuş ağacların budanması işləri aparılıb.

Mənbə: qafqazinfo.az