“Bir neçə milyon dövlət vəsaiti alınır və...” – KİVDF və Mətbuat Şurasına sərt tənqid

“Bir neçə milyon dövlət vəsaiti alınır və...” – KİVDF və Mətbuat Şurasına sərt tənqid

“Hazırda mediaya dövlət dəstəyinin söykəndiyi əsas hüquqi sənəd Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasıdır. Bu sənəd 11 il bundan öncə, Prezidentin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilib”.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O, sözlərinə belə davam edib:

“Son 10 ildə isə ölkədə bütün sahələrdə, o cümlədən də informasiya sahəsində çox şey dəyişib, yeni media sektoru formalaşıb, yeni informasiya münasibətləri yaranıb. Sosial media sektoru infromasiyalı mühitin formalaşmasında üstünlük qazanıb. Qlobal və lokal media sektorunda yeni çağırışlar formalaşıb. İnformasiya sahəsində milli imaraqlarımız üçün olan təhdidlər yeni yanaşmalar tələb edir”.

Ekspert Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Mətbuat Şurası adı çəkilən Konsepsiyada, ümumiyyətlə, internet, sosial media, multimedia, yeni media, internet media, xəbər portalı, internet TV və s. bu tip sözlərdən heç birisinə heç bir dəfə də olsa, rast gəlmək mümkün deyil. Ancaq klassik KİV-dən söhbət gedir. Anlamıram ki, görəsən, nə üçün KİVDF, Mətbuat Şurası bu sənəddən möhkəm yapışıblar. Yeni konsepsiyanın işlənməsinə hər hansı cəhdlər müşahidə olunmur. Sadəcə zaman-zaman bir neçə milyon dövlət vəsaiti alınır və ömrünü başa vurmaqda olan qəzetlər arasında bölüşdürülür. Düşünürəm ki, bu tip yanaşma ilə uzağa getmək olmaz. Dəfələrlə səsləndirilib ki, yeni konsepsiya hazırlanmalıdır, yeni yanaşmalar olmalıdır”.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında baş turan iqtisadi müşavirə və orada Kütləvi İnformasiya Vasitələri (KİV) ilə bağlı səslənən fikirlər geniş müzakirə olunur. O, Gündüz bu məsələyə də toxunub:

“Bir neçə gün öncə Prezidentin çıxışında media ilə bağlı səsləndirdiyi ciddi narahatçılıqların kökündə duram məsələ bir daha göstərdi ki, mövcud status-kvo dəyişməlidir, bu sektorda da islahatlar aparılmalıdır. Mən ilk dəfə idi ki, Prezidentin media ilə əlaqəli "dözülməz mühit" ifadəsi ilə xarakterizə olunan çıxışına rast gəldim. Prezidentin bu məsələdə "dərinə getmək istəmədiyi" isə onu göstərir ki, dərin qatlarda daha xoşagəlməz vəziyyət var. Bu isə o deməkdir ki media sahəsində söz sahibləri, səlahiyyətli qurumlar və şəxslər yığışıb vəziyyətdən çıxış yolları aramalıdırlar.

Düşünürəm ki, öncə maraqlı tərəflərin iştirakı ilə qarşıdakı dövrdə medianın, internet medianın inkişafı, informasiya istehsalı sahəsində rəqabətli mühitin fromalaşdırılması, reklam bazarının inkişafı, bütövlükdə ölkənin informasiya məkanının inkişafı ilə bağlı müşakirələr aparılmalı və yeni konseptual sənəd hazırlanmalıdır”.

Mənbə: yenisabah.az