Yaponiyada olimpiadanı izləmək üçün piyada yola çıxdı - MARAQLI...

Yaponiyada olimpiadanı izləmək üçün piyada yola çıxdı  - MARAQLI...

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək “2020 Tokio Olimpiadası”nı izləmək üçün yeddi ay öncə Almaniyadan piyada yola düşən 36 yaşlı Kristian Adeler artıq Türkiyənin Doğubəyazit rayonuna gəlib.

Moderator.az xəbər verir ki, yeddi ay öncə yola çıxan K.Adeler “1 Man, 1 Way” (bir adam, bir yol) şüarıyla yola düşüb. Səyahət boyunca o, müxtəlif ölkələrin mədəniyyətiylə tanış olacaq. Səyahətinin beş yüz gün davam edəcəyini planlaşdıran adam 16 min kilometrlik yolçuluğu boyu 16 ölkədə qonaq olacaq.

K.Adeler açıqlamasında bunları deyib:

“Beş yüz gün, 16 ay sürəcək yolçuluğum boyunca 16 min kilometr yolu qət edərək ümumilikdə 16 ölkəni görmüş olacam. 25 iyulda Tokioda keçiriləcək 2020 Olimpiada oyunlarında iştirak etməyi planlaşdırıram. Hər gün 40 kilometr yol qət edirəm”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az