İdarəetməni itirib ağaca çırpıldı

Qaxda baş verən qəzada sürücü xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Belə ki, rayonun Qum kənd sakini, 1971-ci il təvəllüdlü Yusifov Mahir Fazil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşını yol kənarındakı ağaca çırpıb.

Hadisə nəticəsində xəsarət alan sürücü Təcili Tibbi yardım maşını ilə Qax rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Millimiz Moldovanı məğlub edib - VİDEO

SONRAKI XƏBƏR

Gürcüstanın dövlət naziri azərbaycanlı gənclərlə görüşüb