Autizmli uşaqların sayının ildən ilə artır

Autizmli uşaqların sayının ildən ilə artır

Autizmli uşaqların aldığı müavinət onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına ancaq çatır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, bu uşaqların müalicəsi təhsil və təlimlərini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır: "Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə çağırırıq. Autizmli uşaqların sayının ildən ilə artmasını nəzərə alaraq bu məsələyə xüsusi diqqət yetirməliyik və bu uşaqların ailələri ciddi dəstək gözləyir".

 

 

Mənbə: olaylar.az