Avtobuslarda qiymət artımı ilə bağlı iddiaya RƏSMİ AÇIQLAMA

Avtobuslarda qiymət artımı ilə bağlı iddiaya RƏSMİ AÇIQLAMA

Bakıda sərnişin avtobuslarında qiymət artımı ilə bağlı iddialar həqiqəti əks etdirmir. 

Bunu BAKU.WS-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib. 

O, əlavə edib ki, təmsil etdiyi qurumda belə bir məsələ müzakirə mövzusu deyil. 

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-də qiymət artımı ilə bağlı iddiaları təkzib edib və yaxın vaxtlarda qiymət artımının gözlənilmədiyini açıqlayıb.
BAKU.WS

Mənbə: baku.ws