"Ana uşaqlarını ərindən ayırıb internata verdi"- Azərbaycanda şok ailə dramı/ FOTO

"Ana uşaqlarını ərindən ayırıb internata verdi"- Azərbaycanda şok ailə dramı/ FOTO

Övladları həyat yoldaşı tərəfindən əlindən alınan ata verilişə çıxıb onları axtardı.
Sonxeber.az xəbər verir ki, Bərdə rayon sakini İlham adlı şəxs Atv telekanalında Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Bizimləsən" verilşinə çıxaraq övladlarını axtardığı, bununla bağlı ona kömək edilməsini istəyib.
Ata yaşca özündən 15 yaş kiçik olan həyat yoldaşının uşaqlarını götürüb evdən getdiyini və internata verdiyini deyib. Müraciət edən şəxs bildirib ki, uşaqlar təhsil ala-ala anaları gəlib onları məktəbdən qaçırmaq istəyib. Bununla bağlı məktəbdən ona məlumatlar verilib. Daha sonra ata efirdən övladlarına səslənərək yanına gəlməsini xahiş edib:
"Övladlarımın əlində imkan olsa, gələrlər. Hazırda məhkəmə qərarı ilə uşaqlar mənim yanımda olmalıdır. Övladlarımın yolunu gözləyirəm. Mən onlara yaxşı təhsil vermək, yaxşı ata olmaq istəyirəm. Mən həyatımı onlara qurban vermişəm."

Şəlalə Babayeva

 

 

 

Mənbə: sonxeber.az