Pirallahı rayonunda bayraq yürüşü keçirilib

Pirallahı rayonunda bayraq yürüşü keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Bakı şəhərinin Binəqədi və Pirallahı Rayon İcra hakimiyyətlərinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Binəqədi və Pirallahı rayon təşkilatları tərəfindən 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə izdihamlı yürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Pirallahı rayonunu Abşeron yarımadası ilə birləşdirən körpü üzərində təşkil olunan yürüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, rayon təşkilatlarının əməkdaşları, gənc fəallar və məktəblilər iştirak ediblər.

Yürüş zamanı iştirakçılar əllərində uzunluğu 15, eni 7 metr olan bayraqla hərəkət edərək müxtəlif şüarlar səsləndirib, dövlət bayrağımıza sevgi və ehtiramlarını bildiriblər.

Mənbə: azertag.az