Pirallahı yolunda yol qəzası olub, xəsarət alanlar var

Pirallahı yolunda yol qəzası olub, xəsarət alanlar var

Bakıda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Pirallahı yolunda qeydə alınıb.

Qəza nəticəsində Pirallahı rayon sakinləri - 1930-cu il təvəllüdlü Sədi Adıgözəlov Hümbət oğlu və onun qızı, 1958-ci il təvəllüdlü Məryəm Nəsibova Sədi qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. S.Adıgözəlova qapalı kəllə-beyin travması, M.Nəsibovaya isə sol bazu sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az