Süleyman Mikayılov Puta qəsəbəsində sakinlərlə görüşdü

Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak edib. Görüşə gələn qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər.

Süleyman Mikayılov sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

"İnter"də ağır itki

SONRAKI XƏBƏR

Cümhuriyyət düşmənlərinin adını Bakıda kimlər yaşadır? - İnanılmaz ADLAR