Repressiya və İgəncələr Əleyhinə Komitə :Oqtay Gülalıyevin hadisəsi qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsddi

Repressiya və İgəncələr Əleyhinə Komitə :Oqtay Gülalıyevin hadisəsi qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsddi

"Hüquq müdafiəçisi , Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin kordintoru Oqtay Gülalıyevin hadisəsi onun prinsipial ictimai fəaliyyətinə son vermək və başqalarında da qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsd və terror hadisəsidir".

Bu sözlər "Repressiya və İgəncələr Əleyhinə Komitə"nin növbəti toplantısında deyilib.

Toplantıda son günlərin repressiya və işgəncə faktları, hüquq müdafiəçisi Oktay Gülalıyevlə bağlı hadisənin ictimai araşdırmasına aid ilkin qənaətlər və bu itiqamətdə görüləcək işlər, həmçinin Komitənin qarşısında duran əsas vəzifələr müzakirə edilib.

Tədbirdə komitə üzvləri, media təmsilçiləri , işgəncələrə məruz qalmışşəxslərin ailə üzvləri iştirak edib.

Komitənin üzvü Əlövsət Sadıqlı deyib ki, Oqtay Gülalıyevin vurulma anının video-görüntüsü hüquqşünaslar və hüquq müdafiəçiləri tərəfindən təhlil edilərək o qənaətə gəlib ki, baş vermiş hadisə qəza yox, qəsdən adam öldürməyə hesablanmış cinayət hərəkəti olduğunu iddia etməyə əsas verir.

Onun sözlərinə görəsiyasi məhbuslar üzrə araşdırmalarla məşğul olan hüquq müdafiəçilərinə qarşı gözlənilən bütün təqib, təzyiq, təhdid, həbs və ya qəsd halları üçün məsuliyyət mövcud hakimiyyətin üzərində qalacaq.

Öz növbəsində Komitənin digər üzvü Rövşən Əhmədli deyir ki, Oqtay Gülalıyevin işi ilə bağlı xüsusi istinaq qrupu yaradılmalıdır.

Rövşən Əhmədli son günlərin repressiya və işgəncə faktlarına da toxunub.

Bundan sonra Repressiya və İgəncələr Əleyhinə Komitə"nin üzvü Eldəniz Quliyev deyir ki, Komitə fəaliyyətini davam etdirəcək. Müvəqqəti olaraq Komitənin Kordinattoru seçiləcək.

Oktyabrın 29-da Bakının mərkəzində tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub.O, kəllə-beyin travması alıb, beyninə qan sızıb.

Bir neçə saatdan sonra fəal komaya düşüb. Oktyabrın 30-da Bakıda neyrocərrahiyyə əməliyyatı edilib.

Oqtay Gülalıyevi müayinə etmək üçün noyabrın 5-də Heydər Əliyev Fondunun dəvətilə gələn türkiyəli mütəxəssislər onun müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər.

Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysilə İstanbula aparılıb və “Avrasiya” klinikasına yerləşdirilib. Ailəsi hüquq müdafiəçisinin vəziyyətinin kritik olduğunu deyir.

Mənbə: www.amerikaninsesi.org