Sumqayıt internat tipli gimnaziyada nə baş verib? - VİDEREPORTAJ

Sumqayıt internat tipli gimnaziyada nə baş verib? - VİDEREPORTAJ

Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada 7-ci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxdığı barədə məlumat yayılıb.

Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.

Xeberle.com xəbər verir ki, APA TV-nin Sumqayıt bürosu hadisə ilə videoreportaj hazırlayıb.

Həmin videoreportajı təqdim edirik:

Mənbə: xeberle.com