Soyuq havalar gəlir - AÇIQLAMA

Soyuq havalar gəlir - AÇIQLAMA

Ölkə ərazisində müşahidə olunan hava şəraiti noyabrın 13-dək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Sonxeber.az-a açıqlamasında məlumat verib. O, bildirib ki, hazırda ölkədə müşahidə olunan mülayim hava şəraiti sabahdan etibarən dəyişəcək:

"Noyabr ayında dəyişkən havalara tez-tez rast gəlinir. Ayın 13-dən etibarən havanın temperaturu aşağı enəcək. Qeyri-sabit hava şəraiti noyabr aynın 17-dək davam edəcək. Bakı və Abşeron yarımadasında, bölgələrdən əsasən şimal-şərq rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə aşağı enəcək. Fasilələrlə yağış yağacaq. Bəzi yerlərdə yağıntının intensiv xarakterli olacağı gözlənilir".

Lamiyə Məmmədova

 

 

Mənbə: sonxeber.az