Siqaretə görə xidmət yoldaşını öldürən erməni əsgərin işindən DETALLAR

Siqaretə görə xidmət yoldaşını öldürən erməni əsgərin işindən DETALLAR

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda 11 il 6 ay azadlıqdan məhrum edilmiş kiçik çavuş Davit Harutyunyanın anası bildirib.

Artıq keçmiş erməni hərbi qulluqçu Davit Harutyunyan, Sünik məhkəməsi tərəfindən 11 il 6 ay azadlıqdan mərhum edilmə barədə cəzaya məhkum edilib.

Harutyunyan Cinayət Məcəlləsinin 2 maddəsi üzrə təqsirli bilinib. O, əsgəri şüurlu şəkildə qətlə yetirməkdə və təhqir etməkdə ittiham edilir. Cinayət hadisəsi 2017-ci ildə işğal altında olan Qarabağın Madagiz yaşayış məntəqəsində dislokasiya olunan, polkovnik Gözəlyanın komandiri olduğu 33651 nömrəli hərbi hissədə baş verib.

Cinayət materiallarındakı ittihama görə Harutyunyan intiqam almaq məqsədilə əsgər Aram Xaçatryanı qəsdən həyatdan məhrum etməkdə, ona təhkim edilmiş avtomatdan atəş açaraq qətlə yetirməkdə təqsirli bilinir. Materiallara əsasən, onların arasında siqaret gizlədilməsi üstündə mübahisə baş verib. Xaçatryan mübahisə zamanı Davit Harutyunyanı təhqir edib və söyüb. Harutyunyan bir neçə gün sonra intiqam almaq məqsədilə onu qətlə yetirib.

Davit isə avtomatdan təsadüfən atəş açıldığını iddia edir. O, silahı zarafatla ona tuşladığını, silahın mərmi ilə dolu olduğunu bilmədiyini və təsadüfən atəş açıldığını iddia edir. Dələduzluq zəmininində törədilən qətl hadisəsi üzrə açılan cinayət işinin maddəsi sonradan dəyişdirilərək, “qəsdən adam öldürmə” maddəsi ilə əvəz edilib.

Təqsirləndirilən şəxsin anası bildirir ki, hadisə zarafat zamanı baş verib, amma nədənsə heç kim oğlunun ifadəsinə inanmır. Anasının sözlərinə görə, onun oğlu Harutyunyan xidmət etdiyi 1.3 il ərzində daim müsbət cəhətdən fərqlənib. “Kiçik çavuş” rütbəsinə layiq görülüb, xidmətdən heç zaman şikayətlənməyib, gərgin münasibətdə olduğu heç kim olmayıb.

Baş vermiş cinayət əməli üzrə manqa komandiri Alik Sarkiscanyana və əsgər Sevak Simonyana qarşı da ittiham irəli sürülüb. İttihama əsasən, onlar Davit Harutyunyanı təhqir etmək və vurmaqla şərəf və ləyaqətini alçaldıblar. Sarkiscanyana və əsgər Simonyana qarşı amnistiya tətbiq edilərək, onların barəsində olan cinayət işlərinə xitam verilib.

Baş vermiş cinayət əməlinə səhv hüquqi qiymət verildiyi və sərt cəza tətbiq edildiyi qeyd olunur.

Harutyunyanın vəkili Ani Torosyan iş üzrə şahidlərin verdiyi ifadələrin ziddiyyyət təşkil etdiyini əsas gətirərək, məhkəmənin qərarına qarşı apellyasiya şikayəti verib.

Vəkilin iddiasına görə iş üzrə ifadə verən şahidlər qətlə yetirilən əsgərlə qatil əsgər arasında hər hansı mübahisənin baş verdiyinə şahid olmadıqlarını qeyd ediblər.

11 il 6 ay olduqca sərt cəzadır. Yüngüllləşdirici amillər nəzərə alınmayıb. Hadisədən sonra zərərçəkənə yardım etmək istədiyi, əvvəllər məhkum olunmadığı, gənc olması kimi amillərin nəzərə alınmadığı qeyd edilib.

Həmçinin ittihamçı prokuror da apellyasiya şikayəti verib. O hesab edir ki, Davitə qarşı yüngül cəza verilib. Prokuror ilkin istansiya məhkəməsindən qatil əsgərə 15 il həbs cəzası verilməsini tələb edib.

Apellyasiya şikayətinin baxılması üzrə məhkəmə 14 noyabr saat 15:00-a təyin edilib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az