Azərbaycanda uşaqlarda virtual autizm yayılır - Əlamətləri

Azərbaycanda uşaqlarda virtual autizm yayılır - Əlamətləri

Artıq Avropa və Amerikada aparılan tədqiqatlar müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromunun səbəbinin planşetlər, televizor və telefon olduğunu təsdiqləyir. Rusiyanın məşhur pediatrı Komarovskiy öz bloqunda valideynlərə çağırış edib.

" 2 yaşına kimi uşaqları telefon və planşetdən uzaq tutun”.

3-6 yaşlı uşaqların isə virtual reallıqda olma müddəti gündə 1-2 saatdan artıq olmamalıdır. Yalnız 6 yaşından sonra uşaqlara elektron cihazlarda proqramlara baxmaq icazə verilə bilər.

Medicina.az xəıbər verir ki, Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki, 90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir.

Psixoloq Marius Zamfir öz araşdırması barədə danışarkən bunları qeyd edib:

"Gündə 4-5 saat ekran qarşısında əyləşdirilən körpələrdə psixomotor və danışıq funksiyasında tormozlanma və geriləmə müşahidə olunub. Ekran qarşısında keçirilən hər artıq saat ciddi əqli geriləmə və autizmə bir addım yaxınlaşmaq deməkdir. Klassik autizmlə virtual autizmi fərqləndirmək çətindir: hər ikisində uşağın ətrafa uyuşması çətinləşir, bir yerə baxma, eyni sözləri təkrarlama, oynadığl oyun və baxdığı cizgi filmlərinin personajlarının sözlərini, hərəkətlərini təkrarlama olur. Bİrcə fərq var: klassik autizmdə bioloji nevroloji geridə qalma faktı var, digərində virtual reallıqdan qaynaqlanan neyroinkişafın geriləməsi baş verir. Bioloji pozuntuda sinapslar demək olar bərpa olunmur, virtual autizmdə uşağı vaxtında virtuallıqdan ayırıb, neyronları stimulyasiya etməklə bərpa etmək şansı var.

Təbiətin qanununa görə, uşaq sözlərin mənasını predmetlər, insanların hərəkəltəri, sözləri, izahı ilə öyrənir. Hərəkətləri isə canlı insanın nümunəsində görüb götürməlidir. Uşağın beyni predmet və insan toxunuşu olmadan düzgün inkişaf edə bilməz. Ekrandakı işıq və görüntü, səs uşağın diqqətini çəkə bilər, amma onun beyninə düzgün təsir etmir.

Ekranda baş verənlər uşağı o qədər özünə çəkir ki, o artıq ətrafda baş verənlərə qarşı diqqət yetirmir. Axı ekranda hər şey daha cəlbedici, səs-küylü, rəngli və sürətlidir. Kadrların sürətlə dəyişməsi uşaqda neqativ və ağrılı emosiyalar yaradır, onu aqressivləşdirir, idarəolunmaz həddə kimi gətirir. Ona görə 0-2 yaşına kimi körpələri tamamilə elektron texnikadan, gadjetlərdən uzaq tutub, onları təbiət, ailə, insanlar və reallıqla təmasda böyütmək lazımdır.

Virtual autizmin yayılmasının qarşısını almaq üçün ailələr övladlarını televizor və telefondan uzaq tutmalıdır. Əks halda 10 ildən sonra hər ailədə autist uşaq böyüyəcək

Mənbə: new.panorama.az