KEÇİD DÖVRÜNÜN ƏSAS PROBLEMLƏRİ

KEÇİD DÖVRÜNÜN ƏSAS PROBLEMLƏRİ

I HİSSƏ

“Gözünüzün qarşısında belə bir mənzərə canlandırın: əmək qabiliyyətli sakinlərin 40%-nin dəzgahlarda və əllə hər cürə məhsul istehsal etdiyi gözəl bir şəhərdə uşaq dünyaya gəlir. Əmək haqqı ictimai münasibətlərdə dominant amildir. Yerli sosial müqavilə sərtdir və vergi sistemində əks olunur. Bir çox xidmətin tədarükçüsü rolunda dövlət çıxış edir”, - məşhur britaniyalı yazıçı, jurnalist Pol Meyson (Paul Mason) “IPG” portalında işıq üzü görən məqaləsində yazır.

“60 ildən sonra həmin şəhərdə başqa bir uşaq dünyaya gəlir. İndi əhalinin sadəcə 10%-i istehsal sahəsində çalışır. Onun da yarısı elmi araşdırma, məlumat emalına oxşar tapşırıqları yerinə yetirməklə məşğuldur. Kapitalist istismarının əsas formaları indi əsasən maliyyə xarakteri daşıyır. Özü də ictimai münasibətlərdə əmək haqqı amili birinciliyi – faizlər, inhisarçı qiymət qoyma, az maaşlı əmək və davranış məlumatlarının istismarı ilə dəyər yaratmaq amilinə verir”, - müəllif qeyd edir.

“Həmin şəhər mənim 1960-cı ildə dünyaya göz açdığım Mançester şəhəridir. Sənaye inqilabının beşiyi adını qazanmış bu şəhər əmək resurslarının hazırkı dinamikası ilə təəccübləndirməyə davam edir”, - məqalədə deyilir.

“Belə bir sual meydana çıxır: bəs Mançester 60 ildən sonra necə olacaq? Bu seriyadan olan esselərimə məntiqi yekun vurmaq istəyirəm. Sənaye inqilabının beşiyi üçün karbon tullantılarından, həmçinin kapitalizmdən əziyyət çəkməyən keçid dövrünün özü ilə birlikdə gətirəcəyi əlverişli gələcək təsəvvür etməyə çalışıram”, - jurnalist yazır.

“60 il ərzində sənaye istehsalını tam avtomatlaşdırmaq və zavodların çoxunda işçi heyətin rolunu azsaylı nəzarət funksiyası ilə məhdudlaşdırmaq yolunda nəzərəçarpan maneə yoxdur. Həmin vaxta kimi insanın fəaliyyət proseslərinin avtomatlaşdırılmasından daha irəli gedəcəyik. Proseslərin özləri isə demək olar insanın iştirakı olmadan həyata keçiriləcək”, - yazıçı qeyd edir.

“Beləliklə, işçi qüvvənin 95%-dən çoxu, çox güman, xidmət sahəsində cəmlənəcək. Onun böyük bir hissəsi isə insanın insana xidmət etdiyi sektorun payına düşəcək. Maliyyə işçilərinin sayı da azalacaq, çünki maliyyə spekulyasilarının kökünü kəsəcəyik, maliyyə proseslərinin çoxunu – məsələn, kommersiya müəssisələrinə bank xidməti, kommersiya hüququ, mühasibat uçotu və forvard bazarları avtomatlaşdıracağıq”, - məqalədə deyilir.

“2020-ci illər gəlirə vurğu edilən iqtisadiyyat ilə insana və ümumilikdə planetə vurğu edilən iqtisadiyyat arasındakı mübarizə altında keçib”, - Meyson vurğulayır.

“Daha infotex monopoliyası qalmayacaq – sadəcə ənənəvi gəlir əldə edən kiçik və orta ölçülü innovasiya şirkətlərinin qarışığı və təkcə istehsal ilə texniki xidmətə görə ödəniş alan ictimai-informativ kommunal müəssisələr qalacaq”, - jurnalist qeyd edir.

“2080-ci ilədək şəhərdə karbon tullantılarının həcmi artıq sıfra bərabər olacaq. Şəhərin mütərəqqi administrasiyası isə karbon qazının təmizlənməsi və bütün dünyaya karbon kompensasiyasının ödənilməsi ilə bağlı innovativ proseslərdə aktiv iştirak edəcək”, - məqalədə deyilir.

Mənbə: www.xpressa.net