Quş qripi ilə bağlı yoxlama başladı - Abşeron Milli Parkında səhra laboratoriyası qurulub

Quş qripi ilə bağlı yoxlama başladı - Abşeron Milli Parkında səhra laboratoriyası qurulub

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri qoruq ərazilərinin yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə epizootoloji monitorinqlərə başlayıb.

Atv.az xəbər verir ki, Abşeron Milli Parkının ərazisində səhra laboratoriyası qurulub, ərazidə məskunlaşan çöl quşlarında quş qripinin olub-olmaması yoxlanılır. Quşlar yarılır, götürülən nümunələr elə səhra laboratoriyasında müayinə olunur.

Qida Təhlükəsizliyi Agentliyinin səhra laboratoriyasında Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri müayinə aparır. Onların da təhlükəsizliyi yüksək səviyyədə təmin olunub.

Qeyd edək ki,çöl quşları arasında dünəndən başlayan monitorinqlər noyabrın 16-dək davam edəcək. Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli Park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edəcək yoxlamaların nəticəsi ayın sonunda məlum olacaq. Səyyar qaydada aparılan monitorinqlər həyətyanı sahələri də əhatə edəcək.

Aytən Hacıyeva-Qida Təhlükəsizliyi İnstitutunun Laboratoriya müdiri: “Yüksək spesifikliyə malik olan və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya ilə müayinələrimiz aparılır. Çadır çirkli və təmiz zonaya ayrılıb. Hardakı həmin nümunələr fozer metodu ilə ilk hissəsi hazırlanır. Bundan sonra 2-ci hissə təmiz zonada yoxlamaların əlavə olunması və daha sonra bizim bu müasir avadanlığımızla həmin bu avadanlıqda müayinə. Çox qısa bir zaman kəsiyində nəticələrimiz bəlli olacaq”.

ATV.az

Mənbə: www.atv.az