Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA

Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA

Son araşdırmalar insanlar kimi heyvanların da itirdikləri ailə üzvləri üçün yas saxladıqlarını ortaya çıxarıb.

Moderator.az xəbər verir ki, İngiltərəli elm adamlarının həyata keçirdiyi araşdırmada fillərin, qorillaların və tutuquşuların necə yas saxladıqları araşdırılıb.

Elm adamları bir filin öldüyü zaman digərlərinin də onun ətrafına toplaşaraq səsəsiz şəkildə izlədiklərini və üzlərində qəmgin bir ifadə olduğunu açıqlayıb.

Mütəxəssislər bundan başqa qorillaların da yas saxladıqlarını və bir qorillanın öldüyü zaman digər qorillaların aralıqlarla cəsədi qoxladıqlarını, həmçinin ölən heyvanın tüklərini təmizləyərək yaladıqlarını deyib.

Oksford Universitetinin mütəxəsislərindən ibarət araşdırma qrupu "Heyvanların bir ailə üzvünü itirən zaman digərləri ilə daha da yaxınlaşdığının və sürü içindəki sosial bağlarını gücləndirdiyinin şahidi olduq" deyib.

Kamran

Mənbə: moderator.az